Dövlət borclu qaldığı 18-24 aylıq əməkhaqlarını ödəyə bilmir
İrəvandakı “Nairit” kimya kombinatının keçmiş işçiləri bu dəqiqələrdə Ermənistan prezidenti administrasiyasının binası önünə toplaşıb və dövlətin borclu qaldığı 18-24 aylıq əməkhaqlarının ödənilməsini tələb edirlər.
Strateq.az Ermənistan KİV-ə isnadən bildirir ki, bu günlərdə energetika və təbii resurslar naziri Yervand Zaxaryanla görüş tələbçiləri daha da dilxor edib. çünki nazir tələb olunan vəsaitin olmadığını bildirib.
Aksiya iştirakçıları ümid edirlər ki, heç olmasa, prezident administrasiyasında borcun nə vaxt ödənilcəyini bildirəcəklər.