XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 March 2015 - 08:49

Putinin Qafqaz planı işə düşür

Rusiya Federasiyası Qafqaz regionunda növbəti dəfə problem yaradacaq addıma hazırlaşır.


ANS PRESS-in məlumatına görə, Rusiya prezidentinin mətbuat xidmətinin bu gün yaydığı xəbərdə deyilir ki, martın 18-də Gürcüstanın separatçı Cənubi Osetiya regionu ilə Moskva arasında inteqrasiya müqaviləsinin imzalanması nəzərdə tutulur.

Gürcüstan tərəfi bu məsələnin iki ölkə arasında problemlərin daha da dərinləşəcəyinə yol açacağını bildirib və Moskvanı beynəlxalq hüquq normalarına əməl etməyə çağırıb: “Rusiyanın 2008-ci ilin avqustunda Gürcüstanla qısa müharibədən sonra bu separatçı bölgələri müstəqil dövlət kimi tanıması yolverilməzdir.”

Xatırladaq ki, ötən il rəsmi Tiflis Kremlin onun digər separatçı bölgəsi Abxaziya ilə imzaladığı eyni müqaviləni kəskin ittiham edib və bunun heç bir hüquqi qüvvəsi olmadığını açıqlamışdı.