XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 July 2015 - 06:08

Kəşfiyyatçı Alen Rodye: “İŞİD Meksika mafiyasından çox şey öyrənib”

İŞİD radikallarının videolarına hökmən təcavüzkarlıq hopur ki, bu da böyük sayda könüllülər cəlb etmək və rəqibə qorxu təlqin etməkdən ötrü aparılan “marketinq araşdırmaları”ndan xəbər verir. Meksika kartelləri artıq çoxdan bu strategiyanı təqib edir.

Fransa kəşfiyyatının istefadakı yüksəkrübəli zabiti, Fransa kəşfiyyat araşdırmaları Mərkəzi direktorunun müavini Alan Rodyenin “Atlantico”ya müsahibəsi də bu mövzudadır.

“Atlantico”: – Şübhəsiz ki, İŞİD və Meksika kartelləri müxtəlif məqsədlər güdür, lakin onların strategiyalarında müəyyən bənzərlik varmı?

Alen Rodye: İŞİD-in vəhşiliyi, həqiqətən də, Meksika kartelləri və Latın Amerikası bandalarının cinayətlərini xatırladır. Bütün silahlı münaqişələrin gedişində, xüsusən də vətəndaş müharibələri zamanı qorxunc şeylər törədilir. Meksikada (budur, orada artıq yeddi ildən çoxdur vətəndaş müharibəsi gedir, 70 mindən çox ölən və 30 min itkin düşən var) və Suriya-İraq cəbhəsində baş verənlərin özəlliyi bundan ibarətdir ki, silsilə qətllərə qəsdən KİV-in diqqətini cəlb edirlər. Burada məqsəd yetərincə şəffafdır: müqavimət haqda fikir baş qaldırmasın deyə, rəqibi və əhalini qorxutmaq.

– İŞİD-lə Meksika kartellərinin davranışındakı bu cür bənzərlik nə ilə bağlıdır? İddia etmək olarmı ki, İŞİD onların üsullarından ilham alır?

– İŞİD-in ideologiyası radikal sələfilikdir, yəni İslamın qaynaqlarına qayıdışdır. İŞİD-in motivlərini birinci növbədə cihadın məhz bu cür şərhində axtarmaq lazımdır. Ramazan yaraqlılar üçün təkcə pəhriz və ibadət deyil, həm də müqəddəs müharibə dövrüdür. Edamların bir qismi müqəddəs mətnlərə (Quran, hədislər, Muhəmədin həyatının təsviri) əsaslanır. Meksika kartelləri bu vəhşiliklərə yalnız “daha texniki” yanaşma verdi. İncəliklərə varmasaq, Latın Amerikasının başkəsənləri azğınlıqda bəzən daha dərinə gedirlər. Nədən danışdığımı anlamaq üçün şəbəkədə bir-iki foto tapmaq kifayətdir. İŞİD fəalları, yəqin ki, elə bununla da məşğul olurlar.

– Hər iki halda “marketinq” təsəvvürlərinin önəmini qeyd etmək lazım gəlir. İŞİD-in və kartellərin piarında vəhşiliklərə böyük yer ayrılır. Bütün bunlar cəlb edilməyə məhz necə xidmət edir? Kartellər və İŞİD yeni döyüşçülərin cəlb edilməsi üçün zorakılıqdan necə istifadə edirlər?

– Fəlsəfi planda insana iki baxış nöqtəsi var. Birincisinə görə, insan əzəldən xeyirxahdır, lakin onun saf mahiyyəti cəmiyyətlə qarşılıqlı təsir zamanı təhrif olunur. İkincisinə görə, o, cəmiyyəti itaətdə saxlayan “yırtıcı”dır. Şəxsən mən ikinci baxışın tərəfindəyəm. İnsanı əhatə edən cəmiyyətdə hər şey baş-ayaq olanda (hazırda İŞİD-də, keçmişdə isə nasizm, stalinizm və qırmızı khmerlərin dönəmində) onun yırtıcı instinktləri üzə çıxır. İŞİD bu gün əcnəbi könüllülərə başqa insanların həyat və ölüm hüququnu, öldürmək və qarət hüququnu verir. Şəxsi gücün bu cür duyumu son dərəcə cəlbedici ola bilər. Kartellərdə də hər şey təxminən bu cürdür, fəqət orada daha çox pul qazanmaq mümkündür. Onlar hesab edirlər ki, 20 il sürünə-sürünə yaşamaqdansa, beş il kral kimi yaşamaq daha yaxşıdır.

– Kartellərin İŞİD-lə daha çox bənzərliyi nələrdə müşahidə olunur? Zorakılığn nümayişi ilə yeni döyüşçülər cəlb etməkdə?

-ümumilik daha çox beyinlərin yuyulması səviyyəsində müşahidə olunur. Hər iki halda yeniyetmələri əsil cinayətkarlıq məktəbində tərbiyə edirlər. Bu, silahla davranmaq, intizam, əsir və girovlarn öldürülməsinə aiddir (kartellər bu məqamda daha böyük qəddarlıq sərgiləyir, həmçinin zorlamanı geniş təbiq edir). Gəncik bu cür şəraitdə istiqaməti itirir, zorakılıq onun ikinci “mən”inə çevrilir.

“Atlantico” (Fransa), 15.07.2015