XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

16 İyul 2015 - 09:12

Kuba 55 illik embarqolardan qurtulmaq istəyir – Kastro ABŞ-a müraciət etdi

obama-.jpg

Kuba prezidenti Raul Kastro ABŞ-ı ölkəsinə tətbiq etdiyi bütün embarqoları götürməyə çağırıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Kuba lideri ABŞ-la münasibətlərinin ancaq bu halda normallaşa biləcəyini düşünür. R.Kastro ABŞ prezidenti Barak Obamanın bu istiqamətdəki səylərini qiymətləndirərək, hər şeyin ondan asılı olmadığını da bildirib.

Onun sözlərinə görə, konkret embarqo məsələsində əsas söz sahibi ABŞ Konqresidir:

«1960-cı ildən – prezident Con Kennedinin vaxtından Kuba üzərində embarqolar var. Biz artıq bundan qurtulmaq istəyirik. Embarqoları götürmək barədə qərarı ABŞ Konqresi verə bilər. Barak Obamanın siyasəti isə Konqresdə xüsusi populyarlığı ilə seçilmir».

Qeyd edək ki, bir müddət əvvəl ABŞ və Kuba qarşılıqlı səfirliklərin açılmasına qərar verib. Məlumatlara görə, səfirliklərin iyulun 20-də açılması planlaşdırılır. İki ölkə arasında diplomatik əlaqələr ötən ilin dekabr ayında ABŞ prezidenti Barak Obamanın Kuba ilə münasibətləri normallaşdırmaqla bağlı tarixi açıqlamasından sonra bərpa edilib.

Bu ilin aprel ayında isə ABŞ və Kuba liderləri yarım əsrlik fasilədən sonra ilk dəfə bir araya gəliblər. Görüşün ardınca ABŞ Kubanı terrora dəstək verən ölkələr siyahısından çıxarıb. ABŞ-Kuba münasibətləri Fidel Kastronun 1959-cu ildə iqtidara gəlişindən sonra pozulmuşdu.

Onu da qeyd edək ki, iki ölkə 1961-ci ildən kəsilən diplomatik əlaqələri yenidən əvvəlki axarına qaytarmaq üçün 6 aydır təmaslar qurur.