Rusiya imperatoru 2-ci Nikolayın taxtdan salınmasının hüquqi əsası olmayıb.
Strateq.az bildirir ki, bu barədə Krımın prokuroru Natalya Poklonskaya Livadiyada çara qoyulmuş abidənin açılışı zamanı deyib.
“Taxt –tacdan mərhum edilməsi ilə bağlı tarix dərsliklərində nümayiş etdirilən o sənədin heç bir hüquqi əsas yoxdur. Bu, adi karandaşla yazılmış kağız parçasıdır. Sənəddə müvafiq prosedur əks olunmayıb və hüquqi qüvvəsi yoxdur. Bunu hamı gözəl bilir”, – deyə Poklonskaya bəyan edib.