Korrupsiyada ittiham olunaraq həbs edilən FİFA rəsmilərindən biri İsveçrədən ABŞ-a ekstradisiya olunub. Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, İsveçrənin Ədliyyə Nazirliyi adı gizli saxlanılan bu məmurun amerikalı polislərin müşayiəti ilə Sürixdən Nyu-Yorka yola salındığını açıqlayıb. Yaxın günlərdə bu məmurun Bruklində məhkəməsinin başlayacağı bildirilir.
Qərb mətbuatının yazdığına görə, söhbət FİFA-nın keçmiş prezidenti Ceffri Uebbedən gedir.
Xatırladaq ki, bir müddət əvvəl FİFA tarixinin ən böyük korrupsiya qalmaqalı yaşanıb. Bu ilin mayında qalmaqal bir az da böyüyərək FİFA-nın 7 yüksək vəzifəli rəsmisinin həbsi ilə nəticələnib. ABŞ prokurorluğu qurumun 14 yetkilisinə qarşı rüşvət, korrupsiya, çirkli pulların yuyulması maddələri üzrə cinayət işi başladıb.