XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

14 Mart 2015 - 09:53

Rumıniyanın maliyyə naziri istintaqa çağrıldı

O, 2 milyon avroluq korrupsiyada ittiham oluna bilər

Картинки по запросу darius valcov

Rumıniyanın maliyyə naziri Dariuşa Valkov milli antikorrupsiya direktoratlığına çağrılıb.

Strateq.az xarici KİV-ə isnadən bildirir ki, Valkov, hüquq-mühafizə işçilərinin güman etdiyi kimi, büdcəyə, təxminən, 2 milyon avro ziyan vurub.

Nazir Rumıniyanın güneyindəki Slatın şəhərinin meri olarkən korrupsiyaya qurşanmaqda şübhəli bilinir. Məmurların xidməti məqamdan sui-istifadə etdiyi epizodlar 2008-2013-cü illərə aiddir. Söhbət inşaat müqavilələrinin təqdimindən gedir. Hələlik ona qarşı rəsmi ittiham elan edilməyib.

Valkov iki müddətə mer işləyib, sonra senata seçilib. İstintaqın gedişində Valkovun maliyyə naziri vəzifəsini icra edib-etməyəcəyi məlum deyil.