“Hizbullah” və Suriya ordusu Palmira tarixi şəhərinin geri alınması üzrə əməliyyatın davamında bu şəhərin qərbində daha iki məntəqəni İŞİD ünsürlərindən azad edib.
Strateq.az-ın Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, Palmira şəhərinin qərb bölgələrinin İŞİD-çilərdən təmizlənməsi əməliyyatında Livan “Hizbullah”ı və Suriya ordusu qüvvələri terrorçulara qarşı hücuma keçiblər.
Suriya ordusu və “Hizbullah” qüvvələri İŞİD-çilərlə toqquşduqdan sonra Palmiranın qərb hissəsində yerləşən Qəsr əl-Həyyirdə əl-Məştəl məntəqəsini azad ediblər.
Əl-Məştəl məntəqəsi azad olunduqdan bir neçə saat sonra Qərbi Qəsr əl-Həyyir məntəqəsi də terrorçulardan təmizlənib.