Avrozona ölkələrinin maliyyə nazirləri Yunanıstana ayrılacaq maliyyə yardımı ilə bağlı bir araya gəliblər.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, müzakirələrin nəticəsi olaraq Yunanıstana ən zəruri ehtiyaclarını ödəməsi üçün 7 milyard avro kreditin ayırılmasına qərar verilib. Qərar Avropa Şurasında təsdiqlənəndən sonra vəsait Yunanıstana təqdim ediləcək. 7 milyard avro ilə rəsmi Afinanın xarici borcların bir qismini vaxtında ödəyə biləcəyi bildirilir.
Yunanıstan ümumilikdə 50 milyard avroya qədər kredit almağı planlaşdırır.