XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 August 2016 - 16:27

Nazir sərxoş halda maşın sürdüyünə görəistefa verdi

nazir aida

İsveçin gimnaziya məsələləri üzrə naziri Aida Xadzialiç postundan istefa verdiyini bəyan edib.

Strateq.az bildirir ki, nazir polis tərəfindən sərxoş halda saxlandığı üçün bu addımı atıb.

Avqustun 11-də 3 bokal şərab içdikdən sonra avtomobil idarə edən naziri polis saxlayıb. Yoxlamadan sonar nazirin orqanizimində alkoqol müəyyən olunub: “Mən başa düşürəm ki, çoxları hərəkətimdən təəssüflənib. Mən özüm də bundan dərin təəssüf hissi keçirirəm”, – deyə nazir bu gün keçirdiyi mətbuat konfransında vurğulayıb.

İsveçin baş naziri də bu istefa qərarını dəstəkləyib: “Mən onun bu qərarını dəstəkləyirəm. Belə qiymətli kadrı itirməyimə görə çox təəssüflənirəm”, -deyə baş nazir Stefan Leven qeyd edib.