XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

14 Avqust 2016 - 13:48

ABŞ müsəlmanlarını qəzəbləndirən cinayət –Məscidin 65 yaşlı imamı və köməkçisi öldürüldü

abs-mescid

Avqustun 13-də ABŞ-ın Nyu-York şəhərinin Kuins rayonunda yerləşən məscidin 65 yaşlı imamı və onun köməkçisi öldürülüb.

Qatillərin kimliyi məlum deyil. Polis cinayət motivlərini müəyyənləşdirməyə çalışır. İstintaqçılar inkar etmirlər ki, qətl oğurluq məqsədilə də törədilə bilər.

Ancaq olay yerli müsəlmanların qəzəbinə səbəb olub. Gecə küçələrə axışan etirazçılar qətli islamofobiyanın nəticəsi sayırlar. Onlar prezidentliyə namizəd Donald Trampın müsəlmanlar əleyhinə olan çıxışlarından müsəlmanlara qarşı nifrət yarandığını hesab edirlər.

Tramp çıxışlarında təklif etmişdi ki, ölkəyə islam axını olmaması üçün müsəlmanların ABŞ-a gəlməsinə müvəqqəti qadağa qoyulsun. O, bu cür çıxışlarına görə dəfələrlə tənqidlə üzləşib.

Azadliqradiosu.az