XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

14 Avqust 2016 - 18:37

Kastro Obamanı tənqid etdi, Rusiyanı isə… –Açıqlama

kastro

Kubanın əfsanəvi lideri Fidel Kastro aprel ayından sonra ilk dəfə xalqın qarşısına çıxaraq tədbir boyu danışmaq əvəzinə, bir məktub yazıb.

O, yazdığı məktubunda doğum günü təbrikləri üçün kubalılara təşəkkürünü bildirib.

Kastro məktubda Xirosima ziyarəti zamanı yapon xalqından üzr istəmədiyi üçün onu tənqid edib, Obamanın Xirosimada kifayət qədər məğrur olmadığını bildirib.Çin və Rusiyadan fəxrlə bəhs edən Kastro bunları deyib:

“Rusiya və Çin kimi böyük ölkələr nüvə silahından istifadə ilə bağlı şantaja məruz qalmamalıdır. Onlar cəsarətli və zəkalı xalqlardır. Sülhü qorumağın vacibliyi haqda usanmadan danışmaq vacibdir”.

Axar.az