XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

17 İyul 2015 - 10:32

Keçmiş prezidentlə bağlı cinayət işi başlandı – Braziliyada

Braziliya prokurorluğunda ölkənin keçmiş prezidenti Lula da Silva barəsində korrupsiya ittihamı üzrə cinayət işi başlayıb.

Strateq.az BBC-yə istinadən xəbər verir ki, Silvanın prezident səlahiyyətlərindən sui-istifadə edərək Braziliyanın nəhəng tikinti şirkəti olan «Oderbrecht»ə qanunsuz dəstək verdiyi iddia olunur.

Belə ki, Lula da Silva şirkətin Latın Amerikası və Afrikada milyardlıq müqavilələr bağlamasına şərait yaradıb. Keçmiş prezidentin təsis etdiyi «Lula Institute» ittihamları rədd edərək, Silvanın fəaliyyətinin şəffaf və qanunauyğun olduğunu bildirib.

Maraqlıdır ki, «Oderbrecht»in icraçı direktoru «Petrobras» neft şirkəti ilə bağlı korrupsiya qalmaqalına görə ötən ay həbs edilib. «Petrobras»la bağlı qalmaqal hazırkı prezident Dilma Ruseffi də postundan uzaqlaşdıra bilər. Bu il Braziliyada prezident Ruseff əleyhinə bir neçə dəfə kütləvi aksiyalar keçirilib. Mart ayında keçirilən aksiyada küçələrə 2 milyondan artıq braziliyalı çıxmışdı. Aksiyalarda əsas tələb prezident Dilma Ruseffin istefası olmuşdu. İnsanlar dövlət neft şirkəti «Petrobras»da yol verilən kütləvi korrupsiya hallarına etiraz etmişdilər. Prezident Ruseff 2003-cü ildən 2010-dək bu şirkətin rəhbərliyində olub. Şirkətdəki əsas korrupsiya halları da məhz həmin dövrə təsadüf edir. ölkədə keçirilən sosioloji sorğu müəyyən edib ki, əhalinin yarıdan çoxu prezidentin impiçmentinə tərəfdardır.