"Rusiya və ABŞ Suriyanın Hələb şəhərində ortaq hərbi əməliyyata başlamağa çox yaxındır".
Bunu Rusiyanın Müdafiə naziri Sergey Şoyqu “Rossiya 24” telekanalına açıqlamasında deyib.
Nazirin sözlərinə görə, ABŞ-Rusiya danışıqları Cenevrə və Əmmanda davam etdirilir:
“Amerikalı həmkarlarımızla görüşlərin ən aktiv mərhələsindəyik. Vaşinqtonla həm Cenevrə, həm də Əmmanda danışıqlar aparırıq. Hələbdə vəziyyətin stabilləşməsi və insanların evinə qayıtması üçün əməkdaşlığa addım-addım yaxınlaşırıq”.
Axar.az