XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 July 2015 - 14:47

Boris Nemtsovun qızı Almaniyada işləyəcək

Janna Nemtsova: “Mən Putin rejiminin əlaltısı olmaq istəmədim”

Moskvada öldürülmüş müxalif Boris Nemtsovun qızı Janna Almaniyada yaşayacaq.

Strateq.az xarici KİV-ə istinadən xəbər verir ki, Janna Nemtsova artıq Almaniyada iş tapıb: o, Deutsche Welle alman teleradio şirkətində özəl proqramını aparacaq.

Atasının ölümündən sonra Janna dəfələrlə bildirib ki, atasının qətli “hakim elitanın razılığı olmadan” baş tuta bilməzdi. O, rəsmi təhqiqtaı da tənqid edir.

Nemtsova Rusiyanı iyunun əvvəlində tərk edib. Buna qədər onun ünvanına çoxlu təhdidlər gəlib.

Nemtsova bildirib ki, “Rusiyada qalmağım mümkün deyildi”.

O, Rusiyadan gedənə qədər mediamaqnat Mixail Proxorova məxsus RBK telekanalında iqtisadi xəbərlərin aparıcısı işləyirdi. Janna deyib ki, RBK Putin sisteminin tərkib hissəsi olmasa da, orada da azadlıq yox idi: “Mən Putin rejiminin əlaltısı olmaq istəmədim”.

Xatırladaq ki, məşhur müxalif Boris Nemtsov 2015-ci il fevralın 15-də Kremlin yaxınlığında güllələnib. Qətlə görə hazırda beş nəfər çeçen istintaq altındadr.