Rusiyanın İrandakı bombardamançı təyyarələri Suriyada İŞİD-in mövqelərinə sarsıdıcı zərbələr endirib.
Strateq.az bildirir ki, bu barədə Müdafiə Nazirliyinin rəsmi açıqlamasında bəyan edilib. Məlumatda deyilir ki, Tu-22M3 və Su-34 təyyarələri avqustun 16-da Həmədandakı aerodromdan havaya qalxaraq İŞİD və “ Cəbhat ən –Nusra” qruplarının Hələb, Deyr-.əz-Zor və İdlibdəki mövqelərinə aviasiya zərbələri endirib.
Zərbələr nəticəsində terrorçuların silah, sursat və yanacaq materialları olan 5 böyük anbarı və təlim düşərgəsi dağıdılıb. Həmçinin terrorçuların Cəfra və Deyr-əz Zor şəhəri yaxınlığında yerləşən 3 idarəetmə mərkəzi məhv edilib.
Zərbə endirdikdən sonra Rusiya təyyarələri İrandakı bazalarına qayıdıb.
Qeyd edək ki, Rusiyanın uzaq uçuşlu bombardamançı təyyarələrinin İrandakı aviabazalarda yerləşdirilməsi barədə məlumat yayılmışdı. Bu, Suriyaya uçuş vaxtını xeyli azaltmağa imkan verir.