İranla bağlanan nüvə sazişinə qarşı çıxan Səudiyyə Ərəbistanı mövqeyini regional təhlükəsizliklə əlaqələndirirdi. Onun fikrincə, İran bu silahdan məzhəb savaşlarında istifadə edə və kütləvi qətliamlar törədə bilər.
Bu gün isə ölkənin xarici işlər naziri Adil əl-Cübeyr qorxularının əsl mahiyyətini ortaya qoyub. Strateq.az xəbər verir ki, ABŞ-lı məsləkdaşıyla görüşdən sonra mətbuat konfransında danışan nazir rəsmi Tehrana sanksiyalar ortadan qaldırıldıqdan sonra qazanacağı gəlirləri “regional macərapərəstliyə” xərcləməməyi tövsiyyə edib.
Elə bu sözləriylə də o, ölkəsinin “qarın ağrısı”nın nüvə təhlükəsi yox, İranın qazanacağı neft gəlirləri olduğunu büruzə verib. İranın bazar uğrunda aparacağı rəqabətin həm neft qiymətlərini ucuzlaşdıracağı, həm də bölgənin bir sıra ölkələrinin bəzi partnyorlarını özünə cəlb edəcəyi gözlənilir.
Heydər Oğuz