XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 August 2016 - 15:50

İŞİD-in səhra komandiri İranda öldürüldü

isid iran

İŞİD-in İraqdakı komandirlərindən biri bu gün İranın Kirmanşah şəhərində keçirilən əməliyyatda öldürülüb.

Bunu  İranın daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini Hüseyn Zülfüqari deyib.

  H.Zülfüqari bildirib ki, Kirmanşahda öldürülən terrorçuların sayı 4 nəfərə çatıb: “Ötən gün axşamdan bu gün səhərə kimi  Kirmanşah əyalətinin 2 bölgəsində təkfirçi terror qruplaşması üzvləri ilə qarşıdurma baş verib. Bu qarşıdurmada dörd terrorçu öldürülüb, altı terrorçu saxlanılıb”. (APA)

O əlavə edib ki, qruplaşma üzvləri  İranın qərb əyalətləri və mərkəzi bölgəsində təxribatlar törətmək istəyiblər.