XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 July 2015 - 07:26

Çin səddi haqqında bilmədiklərimiz – Maraqlı

Səddin inşası zamanı ölən minlərlə insan elə divarın içərisinə də gömülürdü

çin səddi qorunsa da, bəzi hissələri dağılıb, bəzi yerləri isə uzaq tarixdə sıradan çıxıb. Bu, aparılan araşdırmalar zamanı məlum olmuşdur.

çin divarının tikintisinin bir neçə ilə başa çatdığı deyilsə də, əslində, bu divarın çəkilişi fasilələrlə 2 min il davam edib. Bu divar miladdan 8 yüz il öncə tikilməyə başlanıb. Avropalılar çin divarının varlığından yalnız 17-ci yüzilliyin əvvəllərində Bento de Gois vasitəsilə xəbər tutub. Divarın çəkilişinin rəsmi bitmə tarixi kimi 1644-cü il qəbul olunur. Bu divarın ən enli hissəsi 9,1 metrdir. çin divarının çəkilişində eyni vaxtda 10 minə yaxın insan çalışıb. İlk dəfə əl arabası bu divarın çəkilişi zamanı zərurət kimi çinlilər tərəfindən icad edilib. çin divarının Aydan görünməsi haqqında deyilənlər isə doğru deyil. Bu divarın Aydan görünməsi mümkünsüzdür. Quzeydən gələ biləcək hücum dalğasına qarşı dirəniş kimi qurulan bu qalanın üzərində bəlli məsafələrlə xəbərləşmə vasitələri qoyulmuşdu. Bu vasitələrlə hər hansı bir xəbəri sürətlə bir-birinə ötürə bilirdilər. çin divarı dünyanın ən uzun məzarlığıdır. Divarın çəkilməsi zamanı ölən minlərlə insan elə divarın içərisinə də gömülürdü.

çin divarının ümumi uzunluğu 8 min 850 kilometrdir. Divarın Şanxay ərazisindən dənizə birləşən hissəsi Pekindən cəmi 300 kilometr aralıdadır.