XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 August 2016 - 20:37

Mövlud Çavuşoğlu Con Kerridən Fətullah Güləni istədi

kerri-cavush

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Con Kerri ilə  telefon danışığı zamanı Fətullah Gülənin ekstradisiyası məsələsini müzakirə edib.

Bu barədə “Habertürk” diplomatik mənbələrə istinadən məlumat yayıb.  

Məlumata görə, həmkarlar həmçinin Kerri və ABŞ-ın vitse-prezidenti Co Baydenin Türkiyəyə planlaşdırılan səfərini və Suriyadakı vəziyyəti  müzakirə ediblər.   

Qeyd edək ki, Fətullah Gülənin ekstradisiyası məsələsi ilə məşğul olan ABŞ-ın Ədliyyə Nazirliyinin nümayəndə heyəti avqustun 22-də Türkiyəyə səfər edəcək.  Avqustun 23-24-də  nümayəndə heyətinin Türkiyənin rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub.