XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 August 2016 - 21:02

ABŞ Rusiya təyyarələrinin İrandan qalxmaqla İŞİD-in Suriyadakı mövqelərini bombalamasınamünasibət bildirib

İranian base

 "Rusiyanın İrandakı hərbi hava bazasından həyata keçirdiyi uçuşlar ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın İŞİD terrorçu qruplaşmasına qarşı yönəlmiş fəaliyyətlərinə təsir göstərmədi".

"Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmisi, polkovnik Kristofer Qarver Rusiya təyyarələrinin İrandan qalxmaqla İŞİD-in Suriyadakı mövqelərini bombalamasına münasibət bildirərkən deyib.

"Rusiya beynəlxalq koalisiyanı təhlükəsiz uçuşlara dair birgə müqaviləyə uyğun olaraq məlumatlandırıb. Uçuşlar beynəlxalq koalisiyanın hərəkətlərinə təsir göstərməyib", – deyə o vurğulayıb.

Qeyd edək ki Rusiya "Tu-22M3" və "Su-34" bombardmançı təyyarələrini İranın Həmədandakı bazasına yerləşdirib. Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, bombardmançı təyyarələr bu gün İŞİD və "Ən-Nüsrə Cəbhəsi" terror qruplaşmalarının Suriyanın Hələb, Deyr əz-Zor və İdlib vilayətlərindəki mövqelərini bombalayıb. Rusiya aviasiyasının Serakab, Əl-Bab, Hələb və Deyr əz-Zor bölgələrində silah, sursat, yanacaq-sürtkü materialı olan beş anbara, eləcə də yaraqlıların hazırlıq keçdiyi düşərgəyə hava zərbələri vurduğu qeyd olunub. Eyni zamanda, terrorçuların üç idarəetmə məntəqəsinin məhv edildiyi bildirilib.

"Al-Masdar News" portalının məlumatına görə, Rusiya və İran arasında bu yaxınlarda təyyarələrin yerləşdirilməsi ilə bağlı bağlanmış saziş Suriyadakı hədəflərə çatmaq üçün tələb olunan zamanı 60% azaltmağa imkan verəcək.