XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

14 Mart 2015 - 12:10

Netanyahu: “Bu seçkiləri udmaq olar və udmaq lazımdır”

Картинки по запросу benyamin netanyahu

Sorğular isə sol-mərkəzçi “Sionist düşərgəsi” blokunun qalib gələcəyini göstərir

Martın 17-də İsrail parlamentinə – Knessetə keçiriləcək seçkilərə hazırlıq və seçkilərin mümkün nəticələri hazırda dünyanın bir çox dairələrinin diqqət mərkəzindədir.

Strateq.az İsrail KİV-ə isnadən bildirir ki, baş nazir Benyamin Netanyahu yerli nətbuata verdiyi müsahibədə bildirib: “On milyonlarla dolların sərf edildiyi kampaniya var. Kampaniyanın məqsədi İsraildə hakimiyyəti dəyişdirmək, məni və “Likud”u (Netanyahunun hakim partiyasını-red.) hakimiyyətdən uzaqlaşdırmaqdır. Bu məqsədə çatmaq üçün solyönümlü qurumlar yaradılır ki, ərəblər və sollar maksimal şəkildə seçki məntəqələrinə gəlsinlər. Bu kampaniyanın təşkilatçıları oliqarxlar, xarici hökumətlər və sol qurumlardır. Lakin bu seçkiləri udmaq olar və udmaq lazımdır”.

Lakin News.ru-nun (İsrail) yazdığına görə, seçkiqabağı müxtəlif mərkəzlərin seçicilərlə apardığı sorğuların ümumi nəticələrinə görə, Likud partiyası ikinci yeri tutur, birinci yerdə isə sol-mərkəzçi “Sionist düşərgəsi” qərarlaşıb. Maraqlıdır ki, ərəbləri təmsil edən “Birləşmiş siyahı” bloku bu sorğularda üçüncü yerdədir.

Qeyd edək ki, Netanyahunun bu yaxınlarda ABŞ-a rəsmi səfərindən sonra həm prezident Obama, həm də dövlət katibi Con Kerri açıq şəkildə bildiriblər ki, bundan sonra İsrailin yeni hökuməti ilə təmaslar daha effektli nəticələr verəcək.