İranın dini rəhbəri Əli Xamenei müqəddəs Ramazan bayramı münasibətilə ölkə əhalisinə telemüracitdə bildirib ki, beynəlxalq məsələlər üzrə ABŞ-la əməkdaşlıq edilməyəcək.
Strateq.az xarici KİV-ə istinadən xəbər verir ki, dini rəhbər nüvə sazişini istisna hal adlandırıb.
O qeyd edib ki, İran əvvəlki kimi təcavüz halında Birləşmiş Ştatları dəf etməyə hazırdır: “İran müharibə istəmir, lakin baş versə, sülhü pozan – ABŞ aşağılanacaq”.
Xamenei deyib ki, sazişə baxmayaraq, İran Suriya və İraq hökumətlərinə, fələstinlilərə, həmçinin “Bəhreyn və Yəmənin zülm çəkən xalqlarına” dəstəyi davam etdirəcək.