“İran Rusiyanın ixtiyarına heç bir hərbi bazasını verməyib”.
Strateq.az İRİB-ə istinadən bildirir ki, bu sözləri İran İslam Şurası Məclisinin sədri Əli Laricani bildirib.
Onun sözlərinə görə, İran regionda mövcud olan terrorizm böhranı ilə mübarizədə Rusiya ilə əməkdaşlıq edir: “İran bir müttəfiqi olaraq Rusiya ilə regional məsələlər, o cümlədən Suriya böhranı ilə bağlı əməkdaşlıq edir. Amma, bu o demək deyil ki, İran Rusiyanın istifadəsinə hərbi baza verib”.
Əli Laricani İran konstitusiyasının 146-cı maddəsinə əsasən ölkədə xarici qüvvələrin yerləşdirilməsi və xaricilərin İranda hərbi bazaya malik olmasının qadağan olunduğunu xatırladıb:
“İran terrorizm böhranı ilə bağlı Rusiya ilə əməkdaşlıq edir və Moskva regonun durumu ilə bağlı malik olduğu doğru dərkə əsasən terrorizm böhranının həllində Tehran ilə əməkdaşlıq edir”.