Sankt – Peterburqda Şimali Qafqazdan olan terrorçu qrupun saxlanması üçün xüsusi əməliyyat keçirilir.
Strateq.az RİA-ya istinadən bildirir ki, Lenin prospektində aparılan əməliyyat zamanı çoxmərtəbəli bina mühasirəyə alınıb. 10-cu mərtəbədə partlayış və intensiv güllə səsləri eşidilib.
FTX-dan bildirilib ki, federal axtarışda olan şəxslərin saxlanması üçün əməliyyat aparılır.
İlk məlumatlara görə, 3 şəxs saxlanılıb. Onların saylarının artacağı istisna olunmur.