XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 March 2015 - 12:33

Bloomberg: Putinlə Seçinin münasibətləri korlanıb

Seçinin istefaya gedəcəyi barədə xəbərlərin əsası varmı?

Картинки по запросу путин и сечин

Rusiya prezidenti Putin “Rosneft”in rəhbəri İqor Seçinə daha tənqidi şəkildə yanaşmağa başlayıb.

Strateq.az Rusiya KİV-ə əsasən bildirir ki, prezidentin iki müşaviri bu barədə Bloomberg agentliyinə məlumat veriblər. Onların dediyinə görə, əvvəlcə “Rosneft”in 2013-cü ildə THK-BP şirkətini 55 milyard dollara alması Putində narazılıq doğurub və o deyib ki, razılaşma gözlənildiyi qədər sərfəli olmayıb.

Agentliyin başqa bir həmsöhbəti isə bildirib ki, 2014-cü ilin dekabrında rublun kursunun düşməsi Putini hiddətləndirib. Bu enməyə həm də “Rosneft”in gizlicə 625 milyard rublluq obliqasiya buraxması səbəb olub.

Mənbə deyib ki, sabit rubl prezident üçün qürur hesab olunurdu.

Qeyd edək ki, son zamanlar rus mətbuatı Seçinin istefaya göndəriləcəyi barədə arabir xəbərlər yayır.