XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 July 2015 - 13:01

Siyasilərin ailə həyatı – Maraqlı

Fransa prezidenti heç vaxt evli olmayıb

çeçenistan başçısı Ramzan Kadırov anasına deyib ki, arvadı bir də xarici ərzaqdan xörək bişirsə, onu boşayacaq.

Kadırov “Вконтакте” şəbəkəsindəki səhifəsində yazıb: “Bu sözlərə görə anam Aymani Nesiyevna dərsimi verdi. Birbaşa astanada məni söyməyə başldı ki, niyə belə zarafat edirəm. Mənim də dilim dinc durmadı ki, ciddi deyirəm. Başımı aşağı salıb bir xeyli beləcə durmalı oldum”.

Bu qeydlər Kadırov Qudermesdə uşaq qidası istehsal edən fabrikə baş çəkəndən dərhal sonra şəbəkədə peyda olub. Fabrik siyasətçidə güclü təəssürat buraxıb. O, inamla bildirib ki, çeçenistan idxalatı əvəz etmək problemi yönündə uğurla iş aparır. Buna görə də arvadını hədələyib ki, masada xarici qidalar görünsə, onu boşayacaq.

Bununla belə, Kadırov çoxarvadlılığı dəstəkləyən deyimləri ilə məşhurdur. Siyasətçi müsahibələrinin birində deyib: “Əgər daha layiqli qadın vasa, mən daha gözəlini tapmalıyam”.

Boşanma, yoxsa təzə arvad?

Son zamanlar tez-tez səslənən “ənənəvi ailə quruluşu”nun müdafisəi haqda bəyanlara baxmayaraq, Rusiya siyasəti boşanma ilə nəticələnən bir sıra hadisələrlə zəngindir.

Prezident Vladimir Putin keçən ilin aprelində arvadı Lyudmiladan qəti şəkildə ayrıldı.

Putinin mətbuat katibi Dmitri Peskov bir il əvvəl arvadı Yekaterinadan boşanıb. Məmur hazırda fiqurçu Tatyana Navka ilə üçüncü nigaha hazırlaşır.

Vəcdə gəlmiş Navka “Tatler” nəşrinə bildirib: “Biz ikilikdə olanda – bayağılığa görə bağışlayın – çiçəklər açır, Günəş bərq vurur və hər şey bizə doğru can atır”.

Sədaqət – keçmişin qalıığıdır?

Nigah bağlarına yüngül münasibət nümunələri xarici siyasətdə də az deyil.

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin keçmiş arvadı Veronika Lario 19 illik ailə həyatından sonra dildəniti siyasətçini xəyanətdə qınayaraq 2009-cu ildə ondan boşandı.

Berluskoni boşanmadan sonra ona hər ay 1,4 milyon avro (indiki kursla 1,52 milyon dollar), yəni ildə 18 milyon dollar ödəyir.

Fransa prezidenti Fransua Olland 2007-ci ilədək siyasi cığırdaşı, pezidentliyə keçmiş namizəd Seqolen Ruayalla mülki nigahla bağlı idi. Sonra isə jurnalist Valeri Trierveylerə hayıl-mayıl oldu. Keçən il isə aktrisa Jüli Qaye ilə görüşə gedərkən yolda fotoşəkli çəkilib.

Bununla belə, Beşinci respublikanın başçısı heç vaxt evli olmayıb.

BBC.ru, 18.07.2015