XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

14 Mart 2015 - 13:10

Avropa Birliyi Ukraynanın rəsmi xahişini alıb

AB tərəddüd edir: “Təhlükəsizlik qarantı yoxdur”

Картинки по запросу avropa Birliyi

Avropa Birliyi Ukraynanın Donbasa polis missiysı göndərmək barədə rəsmi xahişini alıb, lakin o, ciddi müzakirə tələb edir.

Strateq.az xarici KİV-ə isnadən xəbər verir ki, Avropa Parlamentindəki mənbə Ukraynaya sülhməramlıların göndərilməsini deyil, ATƏT-in Ukraynada missiyasının gücləndirilməsini müzakirə edir.

Mənbənin sözlərinə görə, Donbasda silahsız polis missiyasının yerləşdirilməsində başlıca problem münaqişənin bütün tərəflərindən avropalı mütəxəssislərin təhlükəsizliyi barədə dəqiq qarantiyanın olmamasıdır.

Xatırladaq ki, bu il fevralın 19-da Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası (MTMŞ) Ukrayna prezidenti Poroşenkonun nəzərdən keçirilmək üçün təklif etdiyi münaqişə zonasına sülhməramlı kontingent yerləşdirilməsi barədə BMT və Avropa Birliyinə müraciətini bəyənmişdi.