“İraq müharibəsi Amerikanın dəhşətli səhvi idi”.
Strateq.az-ın məlumatına görə, bu sözləri prezidentliyə namizəd Donald Tramp Fox-Nyus telekanalına müsahibəsində deyib. O, bildirib ki, İraqda müharibə başlanarkən bunun düzün addım olmadığını bildirib: “ İraq savaşı dəhşətli bir səhv idi. Prezident Obamanın və Amerikanın sabiq dövlət katibi Hillari Klintonun nəzərdə tutduqları formada İraqdan çıxmaq da tamamilə ağılsız bir hərəkət idi. İllər boyu bu haqda danışılacaq. Bu məsələ İraq və Suriyada İŞİD-in formalaşması ilə nəticələndi”.
Tramp daha sonra deyib ki, Amerikada digər bir ciddi problem də var: “Biz kimliklərini və nə üçün Amerikaya gəldiklərini bilmədən minlərlə nəfərin ABŞ-a gəlməsinə icazə veririk. Heç kəs bilmir ki, onlar nə iş görürlər. Hillari Klinton son zamanlar bildirib ki, Suriyadan mühacir formasında Amerikaya gələn şəxslərin sayı 550 faiz artmalıdır. Obama da bu işə icazə veribdir. Belə bir hadisənin baş verməsinə icazə verilməməlidir”.