XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 August 2016 - 07:00

Merkel Rusiya ilə sanksiyalaradək olan münasibətləri qaytarmaqniyyətində olduğu bildirib

Merkel

 Almaniya kansleri Angela Merkel Rusiya ilə sanksiyalaradək olan münasibətləri qaytarmaq niyyətində olduğunu və bu yolda əlindən gələni etdiyini bəyan edib. Bu barədə APA "RİA Novosti"yə istinadən xəbər verir. 

“Mən birinci elə mən özüm Rusiyaya qarşı sanksiyaları ləğv edərdim. Təəssüf ki, biz hələlik Minsk sazişinin icra olunduğunu müşahidə etmirik. Biz bütün qüvvəmizlə Rusiya ilə sanksiyaları lazımsız edəcək münasibətlərə qayıtmaq niyyətindəyik”, – deyə Merkel bildirib.         

Merkel qeyd edib ki, o, Fransa prezidenti Fransua Ollandla birlikdə Minsk razılaşmalarının icrasında irəliləyişə nail olmaq üçün, demək olar ki, hər gün əllərindən gələni edirlər.