XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 July 2015 - 17:37

Cəlil Cəfəri: “Qaz ixracı İranın Neft Nazirliyinin başlıca prioritetidir”

iran qaz.jpg

“Qaz ixracatına diqqətin ayrılması sanksiyaların ləğvindən sonrakı dövr üçün İranın Neft Nazirliyinin başlıca prioritetidir”.

Strateq.az SANA agentliyinə istinadən bildirir ki, bu sözləri İran İslam Şurası Məclisinin enerji komissiyasının üzvü Cəlil Cəfəri deyib. Onun sözlərinə görə, qaz ixracatı diplomatik baxımdan İran ilə idxalçı ölkə arasında əlaqələrin inkişafına səbəb olacaq.
Qaz ixracatını “İranın inkişafı və milli təhlükəsizliyi strategiyasının bir hissəsi” adlandıran Cəfəri deyib:“İran və 5+1 qrupu arasında nüvə anlaşmasının icraya yönlənməsi ilə sanksiyalar ləğv ediləcək. Buna görə də, enerji sahəsinə diqqətin göstərilməsi və sərmayə qoyuluşunun artırılması diqqət mərkəzində saxlanılmalıdır”.
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik Komissiyasının üzvü İranın Qaz İxrac Edən ölkələr Təşkilatına(GECF) dövrü sədrliyinə işarə edərək, əlavə edib: “İranın bu təşkilatdakı rolu İran İslam Respublikasının enerji təhlükəsizliyinin təmin edilməsindəki rolunun möhkəmləndirilməsi və qaz ixracatının inkişafında təsirli ola bilər”.