Rəsmi Afina hərbi çevriliş cəhdindən sonra vertolyotla Yunanıstana qaçan 8 türkiyəli hərbçiyə sığınacaq verilməsi məsələsinə baxır.
Yunanıstana qaçanlardan üçü mayor, üçü kapitan, ikisi isə kiçik rütbəli zabitdir.
Həmin hərbçilər hərbi çevriliş cəhdində iştirak etmədiklərini, həyatlarına təhlükə olması səbəbindən ölkədən qaçdıqlarını bildiriblər. Sığınacaq istəyən hərbçilərdən ilk olaraq kapitan Feridun Çoban bu gün Afinada Sığınacaq Təminatı Xidmətinə gətirilib, sorğuya cəlb edilib. Digər hərbçilərin sorğusu gələn həftənin bazar ertəsi olacaq. Yunanıstan Sığınacaq Təminatı Xidməti türkiyəli hərbçilərə sığınacaq verilib-verilməməsi barədə qərarın 2-3 ay ərzində qəbul ediləcəyini açıqlayıb.
Qeyd edək ki, dünən rəsmi Ankara 8 türkiyəli hərbçinin Türkiyəyə ekstradisiyası üçün Yunanıstana sorğu göndərib.
APA