Rejimin çökərsə, yerinə kimin gələcəyi ilə bağlı ABŞ-ın əndişəsi var
MKİ-nin rəhbəri Con Brennan bu gün Vaşinqtonda çıxış edib İŞİD kimi qruplaşmaların hakimiyyətə gələ biləcyinə görə ABŞ-ın Bəşər Əsədin devrilməsini istəmədiyini bildirib.
Strateq.az Haberler.com-a isnadən bildirir ki, Brennan deyib: “Heç birimiz – nə Rusiya, nə AB, nə İŞİD-ə qarşı koalisiya, nə də bölgədəki dövlətlər Şamdakı hökumətin və siyasi qurumların çökməsini istəyir”.
Brennan hesab edir ki, İŞİD kimi qruplaşmalar yeni texnologiyalarla daha sistemli həmlələr edə bilər.
MKİ şefi deyib ki, rejimin çöküşü halında yerinə kimin gələcəyi ilə bağlı ABŞ-ın əndişəsi var.
Türkiyə KİV yazır ki, Brennanın bu bəyanı Türkiyə rəhbərliyində ciddi rahatsızlıq doğuracaq.