XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

19 İyul 2015 - 18:35

Con Kerri bu gün Amerika xalqına müraciət edəcək

kerri.jpg

Bu gün ABŞ dövlət katibi Con Kerri televiziyalara müsahibə verərək İranla razılaşma əldə olunandan bəri ilk dəfə Amerika ictimaiyyətinə müraciət edəcək.

Razılaşma İran və 6 qüdrətli dövlət arasında aylarla davam edən intensiv danışıqlardan sonra baş tutub və Tehranın atom proqramını məhdudlaşdırıb. Ancaq bəzi Respublikaçı siyasətçilər və prezidentliyə iddialılar razılığı sərt tənqid edərək bildiriblər ki, konqresdə keçirilən səsvermədə onu rədd edəcəklər. (Amerikanın Səsi)

Prezident Barak Obama isə öz növbəsində Konqres razılığı rədd edəcəyi təqdirdə səlahiyyətindən istifadə edərək bu rədd qərarına veto qoyacaq.