ABŞ müdafiə nazirliyi Suriyada Əsəd rejiminə aid hərbi təyyarələrin ölkənin şimal-şərqindəki Haseke şəhərində PYD-nin nəzarət etdiyi məhəllələri bombalaması səbəbindən koalisiyaya məxsus hərbi təyyarələrin bölgəyə uçduğunu açıqlayıb.
Musavat.com-un Türkiyənin "ntv" kanalına istinadən verdiyi xəbərə görə, Pentaqon sözcüsü mayor Adrian Rankin-Qallovey Suriya təyyrələrinin Hasekeyə hücum etdiyni təsdiqləyib.
Sözcü ABŞ təyyarələrinin bölgədə döyüşən koalisiya güclərinə yardım etmək üçün hərəkətə keçdiyini bildirib.
Qallovey hava hücumundan sonra Rusiya ilə təcili olaraq əlaqə yaratdıqlarını, Rusiyanın isə hücum edən təyyarələrin onlara məxsus olmadıqları barədə cavab verdiyini söyləyib.
Qallovey təhlükə yarandığı təqdirdə quruda fəaliyyət göstərən koalisiya qüvvələrini havadan qoruyacaqlarını Rusiya tərəfinin diqqətinə çatdırdığını söyləyib.
Qallovey Anadolu Agentliyinə verdiyi açıqlamada “kaolisya gücləri” deyərkən konkret kimləri nəzərdə tutduğunu tam söyləməyib. Lakin Pentaqonun bir səlahiyyətli nümayəndəsi koalisiya qüvvələrinin PKK terror təşkilatının Suriyadakı qolu PYD rəhbərliyindəki "Suriya Demokratik Gücü"nə dəstək verən birləşmələrdən ibarət olduğunu söyləyib.
Pentaqon sözcülərindən kapitan Ceff Deyvis də jurnalistlərə verdiyi brifinqdə Bəşər Əsədə aid hərbi təyyarələrin hava hücumu zamanı İŞİD-ə qarşı mübarizədə iştirak edən ABŞ-ın xüsusi təyinatlı qüvvələrinin bölgə yaxınlarında olduğunu bildirib.
ABŞ-a aid qüvvələrin təhlükə altında qalması durumunda Suriya təyyarələrinin vurulub-vurulmayacağı ilə bağlı verilən suala cavab olaraq Deyvis müdafiə haqqına sahib olduqlarını, ABŞ hərbçilərinə hücum edilməsi halında hərəkətə keçəcəklərini jurnalisltlərin diqqətinə çatdırıb.
Qeyd olunur ki, Suriyanın şimal-şərqindəki Haseke şəhərində Bəşər Əsəd rejimi ilə PYD terror təşkilatı arasında günlərdir şiddətli döyüşlər yaşanır. Bu döyüşlərdə onlarla silahlı və 16 dinc sakin həlak olub.
Suriyada 2011-ci ilin martından bu yana davam edən vətəndaş müharibəsinin gedişində Bəşər Əsəd rejimi ilk dəfə PYD-yə qarşı hərbi təyyarələrdən və topçu birliklərindən istifadə etdiyi bildirlir.
Xəbərdə Əsəd rejimi və PYD-nin bu vaxta qədər Haseke və Qamışlı rayonlarını birlikdə idarə etdiyi bildirilir.
PYD rejimə vergi verərkən rejim də dövlət idarələrini çalışdırmaqda davam edir. Əsəd rejiminə bağlı dövlət məmurları 2011-ci ilə qədər olduğu kimi öz işlərini görürlər. Çox zaman rejim gücləri və PYD şəhərdə birlikdə patrul xidmətini həyata keçirirlər. Hasekenin şimal şərqində, PYD-nin nəzarətində olan Rumeylan neft sahəsinin PYD və rejim tərəfindən bilrikdə mühafizə edildiyi, çıxarılan neftin bir hissəsinin də rejimə verildiyi bilnməkdədir.