XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

20 İyul 2015 - 07:57

Qırğızıstanlı deputat İŞİD-ə dəstəyə görə saxlanılıb

Qırğızıstanlı deputat İŞİD-ə dəstək verməkdə təqsirləndirilərək saxlanılıb

Qırğızıstan parlamentinin sabiq deputatı “İslam Dövləti” (“İŞİD”) terror qruplaşmasına dəstək verməkdə təqsirləndirilərək saxlanılıb.

APA-nın xəbərinə görə, bu barədə Qırğızıstan Respublikasının Dövlət Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.
“Saxlanılan şəxs pul vəsaiti və silah-sursat vasitəsilə terrorçu qruplaşmaya yardım edib”, deyə məlumatda bildirilir.
Saxlanılan şəxsin adı istintaq sirri olduğuna görə açıqlanmır. Yalnız o məlumdur ki, həmin şəxs parlamentdə “Ak Jol” iqtidar fraksiyasına daxil olub.
Sabiq deputat Bişkek hava limanında, ölkəni tərk etmək istəyərkən saxlanılıb