XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 July 2015 - 17:37

50 ildən sonra ABŞ-da Kuba bayrağı qaldırılıb

kuba.jpg

İyulun 20-də Vaşinqtonda açılan Kuba səfirliyində bu ölkənin bayrağı qaldırılıb.

Beləliklə yarım əsrdən çox idi ki, iki ölkə arasında dondurulan diplomatik münasibətlər rəsmən bərpa olunub. Həmçinin ABŞ Dövlət Departamentinin binasında digər ölkələrlə yanaşı Kuba bayrağı qaldırılıb.ABŞ Dövlət katibi Con Kerri iyulun 20-də Kubanın xarici işlər naziri Bruno Rodriguezlə görüşməlidir.

Dövlət Departamentinin məlumatına görə, Kerry Havanadakı ABŞ səfirliyində ABŞ bayrağını qaldırmaq üçün avqustun 14-də Kubaya getməyi planlaşdırır.