XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 July 2015 - 18:04

Mitsubişi amerikalıları qul kimi işlətdiyinə görə üzr istəyib

mitsubisi.jpg

Yaponyanın Mitsubişi şirkətinin rəsmiləri İkinci Dünya Müharibəsi dövrü amerikalı müharibə əsirlərindən qul kimi istifadə etdiyinə görə üzr istəyib.

Strateq.az “Amerikanın Səsi” radiosuna istinadən bildirir ki, Mitsubişi rəsmisi Hikaru Kimura müharibə zamanı əsir düşmüş 94 yaşlı Ceyms Mörfidən Los Ancelesde keçirilən ictimai tədbirdə rəsmi olaraq üzr istəyib.

Yaponya hökuməti və özəl şirkətlər 12 minə yaxın Amerika müharibə məhbusundan icbari işçi qüvvəsi kimi istifadə etmişdi.

Yaponya hökumətinin rəsmi olaraq Amerika məhbuslarından işçi qüvvəsi kimi istifadə edildiyinə görə üzr istəməsinə baxmayaraq, Mitsubishi şirkəti bu addımı atan ilk özəl şirkətdir.