Belarus hərbi aviasiya parkı yaxın vaxtlarda yeni aviasiya texnikası ilə təchiz olunacaq.AZƏRTAC BELTA agentliyinə istinadla xəbər verir ki, Belarus Müdafiə Nazirliyinin mətbuat xidmətində bununla əlaqədar bildiriblər: “Yaxın vaxtlarda Mi-8 və MTV-5 helikopterləri göndəriləcək. Dörd ədəd “Yak-130” markalı təlim-döyüş təyyarəsi alınması barədə qərar qəbul edilib”.
Nazirlikdə qeyd ediblər ki, hərbi hava qüvvələrinin və hava hücumundan müdafiə qoşunlarının təkmilləşdirilməsi və inkişafı dünyada müasir tendensiyalar, habelə 2020-ci ilə qədər olan dövrdə qoşun qruplaşmalarının tətbiqi, silahlı qüvvələrin quruculuğu və inkişafı planının reallaşdırılması çərçivəsində silahların və hərbi texnikanın yaradılması və təkmilləşdirilməsi üsulları nəzərə alınmaqla həyata keçirilir. Nazirlikdə bu məlumatı dəqiqləşdirərək bildiriblər: “2015-ci ildə öz sinfində analoqları olmayan ən yeni təyyarələr alınıb. Prezidentin tapşırığına əsasən Miq-29 markalı 10 təyyarə əsaslı təmir edilib”.
Cari ildə aviasiya döyüş hissələri və bölmələrində bir sıra taktiki uçuş təlimləri keçirilib. 116-cı qvardiya aviasiya hücum bazasının heyətləri Yak-130 təyyarələrindən “hava-hava” tipli idarə edilən 8 ədəd döyüş raketi buraxılıb. 2012-ci ildən qırıcı aviasiya heyətləri hazırlanır. Aviasiya tarixində ilk dəfə Qırmızı Bayraqlı Radoma 116-cı qvardiya həmlə aviasiya bazasının təyyarəçilərinin idarə etdiyi Yak-130, Su-25, habelə 61-ci qırıcı aviasiya bazasının Miq-29 təyyarələri gecə şəraitində yolun aerodrom hissəsində yenə endirilib.