XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 August 2016 - 17:13

Məşhur idmançı:"MİT-də işləyən qohumum Gülənə şillə vurdu..."

fetö 333

Türkiyənin  dünyaca məşhur keçmiş ağır atleti Naim Süleymanoğlu 90-cı illərdə Fətullah Gülənin bir videosunda "Naim Süleymanoğlunu heç sevmirəm" deməsinə aydınlıq gətirib.

Dünyaca məşhur idmançı N.Süleymanoğlu Fətullah Gülənin ona qarşı MİT-də işləyən bir qohumu səbəbindən nifrət etdiyini deyib.

"Gülən 1990-cı ildə axtarışda olarkən Burdurda yaxalanıb İstanbula gətirilir. MİT-in Beşiktaş Yıldızdakı  mərkəzində sorğuya çəkilir. Onu mühakimə edən də hazırda təqaüdçü olan MİT-də çalışan bir qohumum idi. İfadəsində "şəkər və təzyiq xəstəsiyəm" deyir. Bir müddət sonra da Ankaradan gələn bir telefon zəngi ilə sərbəst buraxılır. Mənim qohumum da dindirərkən ona bir neçə şillə vurur. Qohumum olduğunu öyrənəndən sonra mənə qarşı mediada kampaniya başlatdı.

90-cı illərdə idman arenalarında bunlar görüşlər keçirirdilər. Çoxlu sayda insanlar gedib bunların söhbətlərinə qulaq asırdı. Məni həm mühafizə edən polislər, həm də dövlətin əhəmiyyətli yerlərindən vətənpərvər insanlar bu toplantılarda iştirak etməkdən çəkindirirdilər. Deyirdilər ki, diqqətli ol. Sən indi gündəmdəsən. Dünya, Türkiyə səndən danışır. Bunların şousuna alət olma.

Camaat iclaslarına qatılmadığım üçün məni hədəf seçdilər. Sonrakı dövrlərdə qoruma polisim də əlimdən alındı. Əhəmiyyətli yerlərdə rəhbərlik etməyimə mane oldular. Təkliflərinə "xeyr" deyincə mənə qarşı yönəldilər" – Naim Süleymanoğlu qeyd edib.

Avropa.info