XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 August 2016 - 08:45

Pentaqon:"Rusiya NATO-nu sarsıtmağa çalışır"

Danford

 Rusiya NATO-da olan vəhdəti  sarsıtmağa çalışır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Silahlı Qüvvələrinin qərargah rəislərinin Komitəsi rəhbəri general Cozef Danford bildirib.

Pentaqonun mətbuat xidmətinin məlumatına görə, Danford Milli  Müdafiə Universitetinin tələbləri ilə görüşündə Rusiyanın Krımdakı addımlarından, həmçinin, Moskvanın Gürcüstan və Moldovaya təhdidlərindən və Suriya hökumətinə dəstəyindən narahatlıq keçirdiyini bildirib.

“Ruiya NATO-nu sarsıtmağa çalışır. Rusiya, Çin, İran, KXDR və ekstremizm ABŞ-ın təhlükəsizliyinə əsas təhlükədir”, – deyə general bildirib.