XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 July 2015 - 13:20

Kosmosda şüurlu həyat varmı?

ünlü fizik Stefan Havkinqdən yeni layihə

Məşhur ingilis fiziki Stefan Havkinq “Kosmosda yaşayış varmı” sualına cavab vermək üçün yeni bir təşəbbüsə başladığını bəyan edib.

Strateq.az xarici KİV-ə istinadən bildirir ki, bu, indiyə qədər kainatda şüurlu yaşayışın olub-olmadığının müəyyən edilməsi yönündə ən böyük layihədir. 10 il müddətinə həyata keçirilməsi nəzərdə tutulan layihədə 1 milyon ulduzdan gələn siqnallar dinləniləcək.

Layihənin açılışında çıxış edən ünlü fizik Havkinq “kainatda şüurlu yaşamın var olduğunu və onların bizim işıqları izlədiyini” deyib. Daha sonra çıxışına davam edən fizik “İşıqlarımız cansız kosmosda da dolaşmış ola bilir. Bütün hallarda önümüzdəki ən böyük sual kosmosda ağıllı yaşamın mövcud olub-olmamasıdır. Bu suala cavab vermək üçün hərəkətə keçmənin zamanı gəldi” deyib.

Layinənin açılışında indiyə qədər istifadə olunmayan iki böyük teleskopdan istifadə olunacağı və kainatla bağlı indiyə qədər olduğundan, ən azı, onqat artıq bilgilərin əldə olunacağı deyilir.

Havkinq icrasına başlanacaq bu layihənin insanlıq tarixində ən böyük elmi layihə və elm tarixində ən böyük təşəbbüs olduğunu bildirib.

Layihə üçün 100 milyon dollar vəsait ayırılıb.

Namiq