XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 August 2016 - 11:40

İtaliyada dəhşətli zəlzələ –Ölən və yaralananlar var (VİDEO)

zelzele-italiya

İtaliyanın mərkəzi hissəsində 6,1 bal gücündə zəlzələ baş verib.

Bu barədə Avropa Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb. 

Yeraltı təkanlar yerli vaxtla 01.36-da (Bakı vaxtı ilə 05.36-da) qeydə alınıb. Zəlzələnin episentri Lakuila şəhərindən 48 km şimalda, Romadan 116 km şimal-şərqdə, 10 km dərinlikdə  yerləşib.

Amatriçe şəhərinin meri Serxio Pirozzini güclü zəlzələnin şəhərdə ciddi dağıntılara səbəb olduğunu, uçqunlar altında xeyli insanın qaldığını bildirib.

İlkin məlumata görə, təbii fəlakət nəticəsində 14 nəfər həlak olub.

Axar.az