XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 August 2016 - 12:26

İtaliyada zəlzələ qurbanlarının sayı24-ə çatdı

Dünən gecə İtaliyada baş verən zəlzələ nəticəsində həyatını itirənlərin sayı 24 nəfərə çatıb. RaiNews24 telekanalının yaydığı məlumata görə, azı 100 nəfər itkin düşmüş sayılır.

Azərtac RİA novosti informasiya agentliyinə istinadla xəbər verir ki, 6 bal gücündə hiss olunan ilk yeraltı təkan yerli vaxtla saat 3:36-da baş verib. Zəlzələnin episentri Akkumoli şəhərciyi yaxınlığında, 4 kilometr dərinlikdə yerləşib. Şəhərciyin yarısının xarabalığa çevrildiyi, sakinlərin dağıntılar altında qaldığı bildirilir.

Daha 5,4 bal gücündə ikinci təkan Umbridə qeydə alınıb. Titrəyişlər eyni zamanda İtaliyanın mərkəzində yerləşən bir neçə şəhərdə, o cümlədən Roma və Boloniyada da hiss olunub.