XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

24 Avqust 2016 - 12:39

Yaponiyadan KXDR-ə sərt etiraz:"Bu, regionda sülhə və sabitliyə ciddi zərbə vurur"

Yaponiyanın Baş naziri Şinzo Abe Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən son raket buraxılışını kəskin tənqid edərək bunu bağışlanılmaz akt adlandırıb.

Avqustun 24-də jurnalistlərin qarşısında çıxış edən Ş.Abe bildirib ki, bu gün səhər KXDR-ə məxsus sualtı qayıqdan buraxılan raket ilk dəfə Yaponiyanın hava hücumundan müdafiə zonasına çatıb. Baş nazir deyib ki, bu hərəkət Yaponiyanın təhlükəsizliyinə təhdiddir və regionda sülhə, sabitliyə ciddi zərbə vurur.

Ş.Abe, həmçinin qeyd edib ki, raket buraxılışı BMT Təhlükəsizlik Şurasının müvafiq qərarlarını pozur və Yaponiya bununla əlaqədar Pxenyana ciddi etirazını bildirib.

Baş nazir vurğulayıb ki, beynəlxalq ictimaiyyətlə, o cümlədən ABŞ və Koreya Respublikası ilə əməkdaşlığı gücləndirən Yaponiya KXDR-in bu addımına qarşı ciddi tədbirlərin görülməsinə çalışacaq.

Yaponiya Xarici İşlər Nazirliyi də ballistik raket buraxılışı ilə bağlı KXDR-ə kəskin etirazını bildirib. Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, etiraz notası avqustun 24-də səhər Pekindəki diplomatik kanallar vasitəsilə qarşı tərəfə çatdırılıb. Notada bildirilir ki, KXDR tərəfindən raket buraxılışı BMT Təhlükəsizlik Şurasının müvafiq qərarlarını pozur və Yaponiyanın təhlükəsizliyinə təhdiddir.

Ölkənin hökumət strukturlarının yaydığı məlumata görə, Yapon dənizində və yaxın sularda olan təyyarələr və gəmilər həmin raket buraxılışından zərər çəkməyib(azərtac).