XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

24 Avqust 2016 - 13:18

Ərdoğandan Avropa Birliyinə mesaj:“Hanı vəd etdiyiniz 3 milyard avro?”

Avropa ittifaqı indiyə qədər suriyalı qaçqınlarına vermək  üçün Türkiyəyə vəd etdiyi 3 milyard avronu verməyib.

Strateq.az bildirir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada çıxışı zamanı deyib.

“Biz özümüz milyonlarla suriyalı qardaşlarımıza sığınacaq vermişik. Avropa Birliyi bizə 3 milyard avro vəd etmişdi. Hanı bu pullar? Yoxdur. Artıq səkkizinci ay qurtarır. Onlardan ancaq məsləhət alırıq. Sonra deyirlər ki, “Ərdoğan bizə qulaq asmır”. Lakin biz öz ayaqlarımız üzərində dururq və belə də davam edəcək”.

Xatırladaq ki, Aİ-nin dövlət başçıları və Türkiyə mart ayında  miqrasiya böhranı ilə bağlı birgə plan hazırlayıb.