ABŞ Suriyanın Carablus şəhərində İŞİD-ə qarşı əməliyyatlar zamanı Türkiyəyə hava dəstəyi verəcək.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu yüksək vəzifəli amerikalı məmur deyib.
Onun sözlərinə görə, Vaşinqtonun planları NATO üzrə müttəfiqlərin planları ilə uyğunlaşdırılıb.