XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

21 İyul 2015 - 17:26

Türk kəşfiyyatı terror törədiləcəyi barədə öncədən məlumatlı olub

Türk kəşfiyyatı terror aktı barədə xəbərdar olub

Türkiyənin milli kəşfiyyat xidməti ölkədə baş verə biləcək terror aktları barədə hüquq-mühafizə orqanlarını dəfələrlə xəbərdar edib.

APA-nın məlumatına görə, bu barədə “Hurriyet Daily News” yazıb.
Türk kəşfiyyatının 7 İŞİD terrorçusunun Suriyadan ölkəyə terror aktı törətmək məqsədi ilə keçdiyindən xəbəri olub və bununla bağlı məlumatı müvafiq orqanlara ötürüb. Terrorçuları zərərsizləşdirmək üçün Türkiyənin bir neçə şəhərində xüsusi əməliyyatlar həyata keçirilib, 97 nəfər saxlanılıb. Lakin terrorçuların hamısını zərərsizləşdirmək mümkün olmayıb.
Xatırladaq ki, iyulun 20-də Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda törədilən terror aktı nəticəsində 31 nəfər ölü, 100-dən çox insan xəsarət alıb.