XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

24 Avqust 2016 - 15:49

Almaniyada ATƏT-ə üzv ölkələrin xarici işlər nazirləriningörüşü olacaq

Sentyabrın 1-də Almaniyada ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin görüşü olacaq.

Qeyri-rəsmi yığıncaqda ATƏT zonasında ümumi çağırışlar və quruma üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi müzakirə ediləcək.

Əsas diqqət böhran və münaqişələrin həlli, terrorizmə qarşı mübarizə, silahlanmaya nəzarət məsələlərində təşkilatın fəaliyyətinə yönələcək. Toplantıda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də müzakirəsi nəzərdə tutulur. Tədbir dekabrın əvvəlində Hamburqda keçiriləcək Almaniyanın ATƏT-ə sədrliyinin yekunu ilə bağlı quruma üzv ölkələrin xarici işlər nazirləri şurasının iclasına hazırlıq xarakteri daşıyır.