XƏBƏR LENTİ

16 Avqust 2020
15 Avqust 2020

Digər Xəbərlər

24 Avqust 2016 - 18:04

Braziliyalı Ronaldoyenidən “Real”da

Məşhur braziliyalı hücumçu Ronaldo Luis Nazario keçmiş komandasına – Madridin “Real” klubuna qayıdıb.

Azərtac Marca.com saytına istinadla xəbər verir ki, Ronaldo “Real” klubunda prezident Florentino Perezin məsləhətçisi təyin olunub.

Xatırladaq ki, Ronaldo Luis Nazario “Real” komandasına 2002-ci ildə İtaliyanın “İnter” klubundan transfer olunmuşdu. Bu klubda 5 mövsüm keçirən hücumçu ümumilikdə La-liqada çıxış etdiyi 177 oyunda rəqib qapılarından 104 top keçirib.

Fenomen ləqəbli forvard mütəxəssislər tərəfindən futbol tarixinin ən güclü oyunçularından biri hesab olunur.